“Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə xidmət ixrac edilib

15:37 - 29.04.2022


29 aprel, Fineko/abc.az. 2022-ci ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 6,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

ABC.AZ xəbır verir ki, bu “İxrac İcmalı”nın aprel ayında qeyd olunub.

Qeyd edilib ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib.

2022-ci ilin mart ayında isə “Azərkosmos” ASC dünyanın  30 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 1,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,1 milyon ABŞ dolları ilə Fransa, 1,1 milyon ABŞ dolları ilə Lüksemburq, 0,6 milyon ABŞ dolları ilə BƏƏ və 0,4 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

 

Other news