Rusiyanın neftinə embarqo qoyulmasına görə 100 milyard dollar itirəcəklər

10:32 - 4.05.2022


4 may, Fineko/abc.az. Hazırda daha çox daxili qaydalara hesabına milli valyutanın məzənnəsini stabilləşdirən Rusiya Mərkəzi Bankı Qərbin sanksiyaları enerji sektorunu əhatə edəcəyi halda daha məhdud strateji alətlərə malik olacaq. Digər tərəfdən, əsas valyuta ehtiyatları dondurulmuş Rusiya üçün xüsusən yay aylarında dollara artan tələbi tam qarşılamaq heç də asan olmayacaq.

ABC.AZ-ın məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, Avropada Rusiya neftinin ən böyük alıcısı Almaniyadır.

"Berlin neft üçün Moskvaya ildə 23.6 milyard dollar ödəyirdi. Rusiya neftinə görə hər il Polşa 14.7 milyard, Niderland isə 11.4 milyard dollarından keçirdi. Finlandiya, Belçika və Böyük Britaniya isə ayrı-ayrılıqdam ildə Rusiyaya neft idxalına görə 7 milyard dollara yaxın valyuta ödəyirdi. Deməli, embarqo qərarı Rusiya üçün ən azı 100 milyard dollaradan artıq ziyana başa gələcək. Mövcud qiymətlər ilə bu daha böyük rəqəmlə ifadə olunur. Aydındır ki, infrastruktur və eləcə də sanksiyaların sərtliyi baxımdan nəinki qısa və hətta orta müddətdə də Rusiyanın alternativ bazarlar tapması real deyil", - deyə deputat qeyd edib.

Other news