Dövlət Sığorta Şirkətində nə baş verib?

10:44 - 4.05.2022


4 may, Fineko/abc.az. Dövlət Sığorta Şirkətinin rebrendinq işləri çərçivəsində şirkətin loqosu və “brandbook”u tamamilə yenilənib.

ABC.AZ-ın məlumatına görə, rebrendinq prosesi müxtəlif satış kanalları vasitəsi ilə müştərilərin tələbinə uyğun sərfəli sığorta məhsullarının hazırlanmasında və daha asan əlçatanlığının təmin olunmasında şirkətin yeni inkişaf mərhələsinə təkan olacaq.

"Əsas məqsədimiz bazarın ən aparıcı, brend şirkətinə çevrilmək, xidmətlərimizi daha da rahat və faydalı edərək müştəri tələblərini qarşılamaqdır” deyə Şirkətdən bildirilib.

Müəllif: Elmir Murad

Other news