Aİ Rusiyadan neft idxalına qadağa qoyulması təklifi verdi

12:15 - 4.05.2022


4 may, Fineko/abc.az. Avropa Komissiyası yeni sanksiyalar, o cümlədən Rusiyadan neft idxalını qadağan etməyi təklif edir.

ABC.AZ-ın məlumatına görə, bunu Aİ Komissiyasının sədri Ursula fon der Leyen bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, əslində bu asan olmayacaq.

"Bəzi üzv ölkələr Rusiya neftindən güclü asılıdır. Amma bu məsələ üzərində işləmək lazımdır. Rusiyadan neft idxalına qadağa qoyulması ilə bağlı təklif vermişdik. Rusiyanın Ukraynaya təcavüzü və regionda müharibə cinayətləri Aİ-ni enerji sahəsində daha sərt addımlar atmağa sövq edib. Bölgənin Rusiyadan enerji idxalından asılılığı Aİ-nin bununla bağlı addımını ləngitdi" deyə Leyen bildirib.

Other news