"Borjomi"də kütləvi ixtisarlar başlandı - Şirkət bağlanır?

14:06 - 5.05.2022


5 may, Fineko/abc.az. Gürcüstanın “IDS Borjomi” şirkətində kütləvi ixtisarlar başlayıb.

ABC.AZ-ın Gürcüstan mediasına istinadən məlumatına görə, şirkət 49 əməkdaşını işdən azad edib.

Bu barədə şirkətin yaydığı məlumatda qeyd olunub.

Şirkətdən bildirilib ki, iş yerlərini qoruyub saxlamaq üçün bəzi problemlərin aradan qaldırılmağa çalışılır. Bununla yanaşı, şirkət işçilərlə müqavilələrə dəyişiklik etmək məcburiyyətində qaldığını vurğulayıb.

Şirkətin ixtisara getməsinə səbəb kimi aprelin sonunda maliyyə problemlərinin yaşanması göstərilir.

Xatırladaq ki, şirkətin məhsul qablaşdırılması üzrə iki zavodunda 685 nəfər çalışırdı.

Müəllif: Elmir Murad

Other news