Alman və ABŞ şirkətləri uçan taksi istehsal edəcək - Bu tarixdən

17:19 - 5.05.2022


5 may, Fineko/abc.az. 2022-ci ildə bir neçə şirkət kommersiya məqsədli daşımaların sertifikatlaşdırılması məqsədilə şaquli qalxan və enişli elektrik təyyarələrinin eyni vaxtda sınaqlarını keçirəcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yerləşən “Joby Aviation” şirkəti təqribən 240 kilometr məsafə qət edən 10-dan çox beş yerlik uçan taksis istehsal etmək niyyətindədir.

Bundan başqa, Almaniyanın “Volocopter” şirkəti də 2024-cü il Olimpiadasında uçan taksi buraxmağı planlaşdırır.

 

Other news