ANADOLU restoranlar şəbəkəsi “Anadolu” keyterinq fabrikinə media nümyandələri üçün görüş təşkil etdi

11:14 - 15.05.2018


12 may tarixində ANADOLU Restaurants and Caterings- restoranlar şəbəkəsi “Anadolu” keyterinq fabrikinə media nümyandələri üçün görüş təşkil etdi.

Azərbaycanda ilk keyterinq sistemi sayılan “Anadolu” keyterinq (yeməklərin ev və iş yerlərinə çatdırılması) artıq 24 ildirki yüksək səviyyədə keyterinq xidməti ilə məşquldur. Keyterinq müdiri Rəşad Məmmədov fabrikin fəaliyyətindən, göstərdiyi keyterinq xidmətlərdən, yüksək standartlara cavab verən mətbəxlərdə yemeklərin hazırlanması və ünvana çatdırılanadək isti qalması qaydalarından media işçilərinə ətraflı bəhs etdi. Hazırda fabrikdə 45 nəfər işçinin çalışdığını vurğuladı.

Fabrikdə müxtəlif şirniyyat və isti yeməklərin hazırlanmasından başqa, həmçinin mürəbbələr, kompotların və qış üçün bağlamaların hazırlaması işləri də görülür.

“Anadolu” keyterinq müqavilə əsasında bir sıra özəl və yerli şirkətlərə, ad günləri, koorporativ gecələr və prezentasiyalar zamanı, ölkədə keçirilən iri miqyaslı tədbirlər zamanı keyterinq xidmətləri göstərir.

Uzun illərdir keyterinq xidmətini yüksək səviyyədə icra edən “Anadolu” – Azərbaycanda işləyən çoxsaylı müəssisələrin işçilərinin qidalanmasının təşkilində podratçı xidmətlərin göstərilməsində liderlərdən biri olaraq qalır.

 


Other news