“Azəri Light” markalı neftin qiyməti yüksəlir

11:18 - 15.05.2018


15 may, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 0,81 dollar (1,04%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 78,61 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin bir barelinin qiyməti  0,95 dollar yüksələrək 78,25 dollar təşkil etmişdir. Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin qiyməti 0,37 dollar enərək 70,91 dollar/barelə təşkil etmişdir. Brent markalı marka və WTI neft markası arasındakı qiymət fərqi indi 7,34 dollar / bareldir.

 

Other news