Azərbaycan xaricə kombayn sata bilər - Ölkədə gələn ildən istehsal başlayır

15:29 - 18.05.2022


18 may, Fineko/abc.az. Rusiyanın “Rostselmaş” şirkəti gələn ildən etibarən Azərbaycanda “Nova” kombaynlarının istehsalına başlamağı planlaşdırır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu şirkətin yeni bazarlara satış üzrə direktoru Maksim Maksimov deyib. Onun sözlərinə görə, şirkətin cari ilə olan planlarına kənd təsərrüfatı maşınlarının Azərbaycanda satışı daxildir ki, bu texnikaya olkədə tələbat böyükdür.

"Həmçinin, burada istehsal olunacaq avadanlıqların üçüncü ölkələrə də satışı nəzərdə tutulur. İlk növbədə, bunlar Azərbaycanla həmsərhəd ölkələrdir. Məsələn, İrana birbaşa satışlarımız var, lakin Azərbaycan üzərindən satışlar həm bizə, həm və tərəfdaşlarımıza maraqlı olardı", - deyə Maksim Maksimov qeyd edib.

Other news