Çin avtomobilləri "Moskviç” brendi altında buraxılacaq

15:39 - 19.05.2022


19 may, Fineko/abc.az. “KamAz” şirkəti Çin avtomobillərinin istehsalını keçmiş “Renault” zavodunda lokallaşdırmağı və “Moskviç” brendi altında buraxmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti yazıb.

Qeyd olunub ki, avtomobillərin istehsalına 2022-ci ilin dördüncü rübündən gec olmayaraq başlanacaq. İstehsal əvvəl adi mühərriklərlə, sonra isə elektriklilərə həyata keçiriləcək.

Mənbələrdən birinə görə, “KamAZ” hazırkı partnyoru “JAC” avtomobil istehsalçısı ilə danışıqlar aparır, Moskva isə digər Çin avtomobil istehsalçısı ilə əməkdaşlıq üzərində işləyir.

Hansı modelin istehsal ediləcəyi hələ bəlli deyil.

Müəllif: Elmir Murad

Other news