Azərbaycanda biznes kreditlərinin faizləri çox yüksəkdir - ATİB sədri

16:06 - 19.05.2022


19 may, Fineko/abc.az.  "Azərbaycan-Türkiyə İş Adamları" Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın Azərbaycanda bankların biznesə təklif etdiyi kreditlərin faizlərinin yüksək olmasından şikayətlənib. O qeyd edib ki, bununla yanaşı Azərbaycanda bankların biznesə təklif etdiyi kreditlərin əlçatanlığı da ürəkaçan deyil.

ABC.AZ-ın məlumatına görə, Cemal Yangın bunu qurumun ümumi yığıncağında çıxış zamanı deyib.

Onun sözlərinə görə, maliyyə əlçatanlığını artırmaq üçün banklarla ATİB-ə üzvü olan şirkətlər arasında iş birliyinin genişləndirilməsinə ehtiyac var.

Müəllif: Elmir Murad

Other news