Azərbaycanın Gürcüstandan avtomobil idxalı azalıb

17:30 - 19.05.2022


19 may, Fineko/abc.az. 2022-ci ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycana 69,4 milyon ABŞ dolları dəyərində 8 787 ədəd avtomobil ixrac edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, bu il Azərbaycana ixrac edilən avtomobillərin illik ifadədə 480,6 min dollar və ya 0,68%, sayı isə 1669 ədəd və ya 15,9% azalıb.

Belə ki, ötən ilin ilk dörd ayı ərzində Gürcüstan Azərbaycana 69,9 milyon dollar dəyərində 10 456 ədəd avtomobil ixrac edib.

Other news