Bu avtomobillərin krediti azala bilər

14:30 - 23.05.2022


23 may, Fineko/abc.az. Azərbaycanda hibrid avtomobillərinin qiyməti ucuzlaşa bilər.

ABC.AZ xəbər verir ki, "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan iqtisadçı Eyyub Kərimli buna işarə edib.

O qeyd edib ki, Azərbaycanda avtomobil parkının yenilənməsinə böyük ehtiyac var:

"Ölkədə avtomobillərin sayı 1,5 milyona yaxınlaşıb. Bunların 86 faizi ili 7 ildən 10 ilə yaxınlaşan avtomobillərdir. Bankların kredit şərtləri ilə bağlı gedən söhbətlər yaxşı haldır. Burada faizlər daha da aşağı olsa yaxşı olar. Azərbaycanda avtomobil parkının yenilənməsi və hibrid avtomobillərin gətirilməsi müsbət haldır. Dövlət də buna dəstək verməli və güzəştli şərtlərlə kreditlər formasına avtomobil parkının yenilənməsinə təsir göstərməlidir".

Müəllif: Elmir Murad

Other news