Daha bir “ASAN xidmət” sabahdan fəaliyyətə başlayır

17:23 - 31.05.2022


31 may, Fineko/abc.az. Sabahdan 7 saylı “ASAN xidmət” fəaliyyətə başlayır.

ABC.AZ xəbər verir ki, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79 ünvanında yerləşən mərkəz vətəndaşların ixtiyarına verilir.

Xatırladaq ki, yeni fəaliyyətə başlayacaq “ASAN xidmət” mərkəzi mumilikdə ölkə üzrə 23-cü mərkəzdir.

Ümumilikdə 288 əməkdaşın və 50 könüllünün çalışacağı mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 325-dən çox xidmət həyata keçiriləcək.

Other news