Bu Bankların faiz gəlirləri azalıb - Siyahı

11:12 - 6.06.2022


6 İyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin 1-ci rübündəki faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Premium Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC, Pakistan Milli Bankının Bakı filialıdır. Ən çox azalma Pakitan bankında (62,5%), ən az azalma isə “Yapı Kredi Bank Azərbaycan”da (7,1%) qeydə alınıb. Qalan 21 bankın isə faiz gəlirləri artıb.

Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (71,1%), ən aşağı dinamika isə “Xalq Bank” ASC-də (1,1%) qeydə alınıb. 

Other news