Bu gün Heydər Əliyev prospektində yol hərəkəti məhdudlaşdırılacaq

17.05.2018,12:03


17 may, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər görür.

Agentliyin məlumatında deyilir ki, Heydər əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı istiqamətində üfiqi nişanlanma xətlərinin çəkilməsi üzrə işlər aparılır.

“Anoloji işlər Bakı-Ələt avtomobil yolunun Bayıl dairəsi Azneft meydanı istiqamətində də aparılır”, - deyə məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, bununla bağlı, axşam saatlarına  qədər həmin yollar qismən bağlı olacaq və sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.