"Apple" şirkəti "iPhone"ların qiymətini artıracaq

17:25 - 9.06.2022


9 iyun, Fineko/abc.az. "Apple" şirkəti bu ilki iPhone 14 modellərinin satış qiyməltərini qaldırmaq niyyətindədir.

ABC.AZ xəbər verir ki, bu barədə məşhur insayder Jon Prosser bildirib. Məlumata əsasən, bu il 5.4 düym ekranlı iPhone mini modelinin əvəzlənməsi gözlənilir.

Belə ki, sözügedən model alıcılar arasında elə də böyük tələbata sahib deyil. Gözləntilərə əsasən onu 6.7 düym ekrana sahib iPhone 14 Max modeli əvəz edəcək. Beləliklə iPhone SE modelini saymasaq, Apple şirkətinin digər büdcəli smartfon modeli qismində adi iPhone 14 çıxış edəcək. Verilmiş məlumata əsasən iPhone 14-ün minimal konfiqurasiyalı versiyası 799$-a satılacaq.

iPhone 14 ilə müqayisədə daha böyük ekrana və batareya həcminə sahib iPhone 14 Max-ın qiyməti 899$-dan başlayacaq. iPhone 14 Pro modellərinə gəldikdə isə insayderlərin verdikləri məlumata əsasən onların qiymətlərində 100$ artım olacaq.

Müəllif: Elmir Murad

Other news