Neft ucuzlaşır, Brent barrel başına $120,10 təşkil edir

10:05 - 13.06.2022


13 iyun, Fineko/abc.az. Bazar ertəsi günü ticarətdə neftin etalon markalarının qiymətləri azalmaqdadır.

Saat 09:12-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin avqust fyuçersləri $1,91 (1,57%) - barrel başına $120,10-a qədər ucuzlaşıb. 9 iyun ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçerslərinin qiyməti $1,06 (0,86%) - barrel başına $122,01-ə düşdü.

Saat 09:12-də WTI neftinin iyul fyuçersləri Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində $1,91 (1,57%) – barel başına $120,10 azalıb. 10 iyun ticarətinin nəticələrinə görə, iyul ayı üçün neft fyuçerslərinin qiyməti $0,84 (0,69%) - barrel başına $120,67-a qədər azalıb.

Ötən həftənin nəticələrinə görə, Brent neftinin qiyməti 1,91%, WTI - 1,51% artıb.

Other news