Neft ucuzlaşır, Brent barrel başına $122,15 təşkil edir

09:21 - 14.06.2022


14 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri keçən günkü kiçik bir yüksəlişdən sonra çərşənbə axşamı ticarətində zəif şəkildə azalır.

Saat 09:10-da London ICE Futures birjasında Brent neftinin avqust fyuçersləri $0,12 (0,10%) - barrel başına $122,15-ə qədər ucuzlaşıb. 13 iyun ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçerslərinin qiyməti $,26 (0,21%) - barrel başına $122,27-a yüksəldi.

Saat 09:10-da Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin iyul fyuçersləri $0,07 (0,06%) azalaraq bir barelə $120,86 təşkil edib. 10 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin iyul fyuçersləri $0,26 (0,22%) - barrel başına $120,93-a yüksəldi.


Other news