AZAL bu şəxslər üçün güzəştli bilet təklif edir

16:35 - 16.06.2022


16 iyun, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri şirkətin rəsmi saytından almağı təklif edib.

"Azərbaycan Hava Yolları"ndan ABC.AZ-a verilən məlumata görə, bu, AZAL-ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcək.

Bildirilib ki, hər iki istiqamət üzrə biletlər aviaşirkətin www.azal.az rəsmi saytından əldə edilə bilər. Bundan əlavə, qeyd edilən reyslərdə bir sıra kateqoriyalı sərnişinlər üçün endirim nəzərdə tutulub. Belə ki, 18 yaşınadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə münasibətdə 10 manat məbləğində endirim tətbiq olunur.

Bu kateqoriyalardan olan sərnişinlər üçün aviabiletlər yalnız Bakı və Naxçıvanın hava limanlarında aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirilə bilər.

Other news