Neft cüzi bahalaşır, Brent barrel başına $113,17 təşkil edir

09:40 - 20.06.2022


20 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə günü kəskin düşmədən sonra bazar ertəsi günü ticarətdə cüzi artmaqdadır.

Saat 09:27-də London ICE Futures birjasında Brent neftinin avqust fyuçersləri $0,05 (0,04%) - barrel başına $113,17 ucuzlaşıb. 17 iyun ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçersi $6,69 (5,58%) - barrel başına $113,12-ə düşdü.

Saat 09:25-də Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində  WTI neftinin iyul fyuçersləri $0,04 (0,04%) - barrel başına $109,60 - a qədər yüksəldi . 17 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin iyul fyuçersləri $8,03 (6,83%) - barrel başına $109,56-a düşdü.

Ötən həftənin nəticələrinə görə, Brent neft 7,3%, WTI - 9,2% ucuzlaşıb.


Other news