Neft bahalaşır, Brent barrel başına $115,21 təşkil edir

09:35 - 21.06.2022


21 iyun, Fineko/abc.az. Etalon markaların qiymətləri çərşənbə axşamı ticarətində artmaqdadır.

Saat 09:15-də   London ICE Futures birjasında  Brent neftinin avqust fyuçersləri $1,08 (0,95%) - barrel başına $115,21-ə qədər bahalaşıb. 20 iyun ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçersi  $1,01 (0,89%) - barrel başına $114,13-ə yüksəldi.

Saat 09:15-də  Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində  WTI neftinin iyul fyuçersləri $0,96 (1,79%) - $111,52 barrelə qədər yüksəlmişdi. Bazar ertəsi, ABŞ-da bayramla əlaqədar olaraq, WTI-nin ticarətləri aparılmayıb.

Other news