Palata: Azərbaycan bankları gücləndirilmiş rejimdə çalışırlar

16:00 - 21.05.2018


21 may, Fineko/abc.az. Azərbaycanda banklar gücləndirilmiş iş rejimində çalışırlar.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında bildirilir ki, banklar (23 bank və 48-dən çox filial), III Bakı şopinq vestivalının (Baku Shopping Festival) keçirilməsi ilə bağlı, Palatanın tövsiyəsi ilə, gücləndirilmiş rejimdə çalışır.

“May ayının 31-dək davam edəcək Festival müddətində vətəndaşların və turistlərin valyuta mübadiləsi xidmətlərindən yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla xidmət göstərir. Eyni zamanda, Festival ilə əlaqədar müəyyən olunmuş 10 müvəkkil bankın (siyahı PDF-də) müvafiq filial və şöbələri vasitəsilə müştərilərə nağd və nağdsız qaydada əlavə dəyər vergisinin geri ödənişi həyata keçirilir”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, Palatanın Baku Shopping Festival çərçivəsində xidmətlərlə əlaqədar bankların fəaliyyəti ilə bağlı heç bir şikayət  daxil olmayıb.

 

Other news