Çinin “SINOSURE” şirkəti “SOCAR” ilə əməkdaşlıqda maraqlıdır

16:50 - 21.05.2018


21 may, Fineko/abc.az. Çinin İxrac Kredit Sığorta Korporasiyası (SINOSURE) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq etməkdə maraqlıdır.

SOCAR-in məlumatında deyilir ki, şirkətin prezidenti Rövnəq Abdullayev Korporasiyanın icraçı direktoru Vanq Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Görüşdə SOCAR-ın layihələrində Çin şirkətlərinin iştirakı üçün mövcud imkanlar barədə müzakirə aparılmışdır. Çin şirkətlərini Azərbaycan iqtisadiyyatına investisiyalar yatırmağa cəlb etmək üçün SINOSURE və SOCAR arasında məlumat mübadiləsinin təşkili və bu istiqamətdə ortaq səylərin gücləndirilməsinin zərurəti vurğulanmış, həmçinin SOCAR-ın fəaliyyət göstərdiyi region ölkələrində də Çin şirkətləri üçün investisiya imkanları müzakirə olunmuşdur”, - deyə məlumatda bildirilir.

 

Other news