Bakcell abunəçiləri üçün onlayn qaydada eSIM almaq imkanı

17:03 - 30.06.2022


30 iyun, Fineko/abc.az. Bakcell abunəçiləri eSIM əldə etmək üçün artıq onlayn qaydada müraciət edə biləcəklər. Bir müddət əvvəl Azərbaycanda ilk dəfə olaraq eSIM texnologiyasını tətbiq edən Bakcell bununla bağlı daha bir yenilik edib.

Mobil nömrəsi hazırda aktiv olan abunəçi esim.bakcell.com səhifəsinə daxil olub istifadəsindəki  mövcud Bakcell nömrəsini, əldə etmək istədiyi yeni mobil nömrəni (eSIM), ad və soyadını, şəxsiyyət vəsiqəsinin nömrəsini və müvafiq FİN kodunu qeyd etməlidir. Bu zaman ekranda əks olunan xüsusi QR kodu skan etməklə yeni eSIM virtual nömrəni əldə etmək mümkündür.

Smartfonun eSIM texnologiyasını dəstəkləməsini yoxlamaq və xidmət barədə daha ətraflı məlumat almaq üçün esim.bakcell.com səhifəsinə keçmək lazımdır.

Azərbaycanda ilk dəfə olaraq Bakcell tərəfindən istifadəyə verilmiş eSIM sayəsində plastik SIM karta ehtiyac qalmır.  Yeni nəsil SIM texnologiyası olan eSIM Bakcell abunəçilərinə mobil şəbəkəyə qoşulmaq və rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirən yeni imkanlar yaradır. eSIM vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.

Other news