Şuşada bina tikmək istəyənlərin nəzərinə - Tender elan olundu

04.07.2022,16:55


4 İyul, Fineko/abc.az. Şuşa şəhərində növbəti 15 yaşayış binanın inşasına dair açıq tender elan olunub.

ABC.AZ-ın məlumatına görə, 15 bina Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə salınacaq 23 binalı yaşayış massivində inşa olunacaq.

Tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur. İnşası nəzərdə tutulan 15 binanın 3-5 mərtəbəli olmaqla, şəhərin Baş planına uyğun və avto dayanacaqla təmin olunması nəzərdə tutulur.

Xatırladaq ki, 23 iyun tarixində Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunub.