Azərbaycan Parlamenti “2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təsdiqləyib

13:13 - 22.05.2018


22 may, Fineko/abc.az. Bu gün Azərbaycan Parlamenti “Dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirə edib.

Azərbaycanın Maliyyə nazirinin müavini Azər Bayramov, ölkədə iqtisadi islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik və iqtisadi artımın təmin olunduğunu bildirdi.

“Keçən il ölkə iqtisadiyyatına əlavə xarici valyuta daxil olmuş, xarici öhdəliklərin maliyyələşdirilməsi təmin edilmiş, xarici ticarət 12,3%, əmtəə ixracı 18,1%, qeyri-neft ixracı 24,4%, valyuta ehtiyatları 4 milyard dollardan 41 milyard dollara qədər artmışdır”, - deyə nazir müavini bildirib.

2017-ci il dövlət büdcəsinin daxilolmaları 98,5% icra edilib və 16,517 milyard manat təşkil edib. Ötən ilin büdcəsinin xərcləri 98,1% icra edilib və 17,595 milyard manat təşkil etmişdir.

2017-ci ilin icmal büdcəsinin gəlirləri 24 milyard manat və ya 104,8%, xərcləri 25 milyard manat və ya 82,4% təşkil edib. İcmal büdcənin kəsiri 1,1 milyard manat təşkil edib ki, bu da ÜDM-in 1,6%-ni təşkil edir və proqnozdan 9,5% azdır.

Azərbaycan Parlamenti “2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təsdiqləyib.

 

Other news