Yevlaxda meyvə bağları salınır

11:12 - 5.07.2022


5 iyul, Fineko/abc.az. Yeni yaradılmış Yevlax Pilot Aqroparkda ilk dəfə olaraq meyvə bağları, ting sahələri salınıb və hazırda calaqaltı işləri görülür.

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) ABC.AZ-a daxil olan məlumata görə, artıq aqroparkın ilk rezidenti olan "İSFA" MMC aqroparkda meyvə bağlarının və ting sahələrinin salınmasına başlayıb.

Əkin sahəsinin 40 hektarını meyvə bağları, 10 hektarını isə tingçilik təsərrüfatı təşkil edəcək.

Artıq 20 hekatarlıq parselin 4 hektarında tezyetişən gilas, 2 hektarında ərik, 6 hektarında nektarin və şaftalı, 1 hektarında isə alça ağacları əkilib. 5 hektar ərazidə isə 500 min tingin yetişdirilməsi üçün 500 min calaqaltı əkilib və tam avtomatik suvarma sistemi quraşdırılıb. «İSFA» MMC-nin aqroparkda yerləşən təsərrüfatında 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.

Other news