Azərbaycan bu ölkə ilə müəssisə yaradır

12:21 - 5.07.2022


5 iyul, Fineko/abc.az. Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla Özbəkistanın kənd təsərrüfatı naziri Cəmşid Xocayevin ikitərəfli görüşü keçirilib.

ABC.AZ xəbər verir ki, görüşün sonunda Azərbaycanla Özbəkistan arasında Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsi imzalanıb.

Yol Xəritəsində iki ölkənin aqrar sığorta sistemi, kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri sahəsində təcrübə mübadiləsi aparması, ipəkçilik sahəsində birgə müəssisənin yaradılması və digər məsələlər öz əksini tapıb.

Other news