Co Bayden Çin malları üzərindəki rüsumları ləğv edə bilər

17:28 - 5.07.2022


5 iyul, Fineko/abc.az. ABŞ prezidenti Co Bayden bu həftədən etibarən bəzi Çin mallarına gömrük rüsumlarını ləğv etdiyini açıqlaya bilər.

ABC.AZ xəbər verir ki, mənbələrə görə, Bayden hələ tariflərlə bağlı yekun qərar verməyib və elan tarixi irəli vaxta dəyişə bilər.

Mənbələr bildirirlər ki, ABŞ prezidenti son həftələrdə yüksək səviyyəli iqtisadi müşavirlərlə Tramp dövründən qalan rüsumları müzakirə etmək üçün bir sıra görüşlər keçirib. Çindən idxalda 300 milyard dollarlıq rüsumların nəzərdən keçirilməsi məsələsi ABŞ-da inflyasiya sürətləndikdən və Bayden administrasiyası istehlakçıların gündəlik istifadə etdikləri mallara görə ödədikləri qiymətləri aşağı salmaq yollarını axtarmağa başladıqdan sonra ortaya çıxıb.

Other news