Neft bahalaşır, Brent barrel başına $101,40 təşkil edir

09:21 - 7.07.2022


7 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı ticarətində yüksəlir

London ICE Futures birjasında Brent neftinin sentyabr fyuçersləri saat 09:14-də $0,71 (0,71%) - barrel başına $101,40-a qədər bahalaşıb. 6 iyul ayının ticarətinin nəticələrinə görə, Brent neftininin sentyabr fyuşersi $2,08 (2,02%) - barrel başına $100,69-a düşdü.

Saat 09:09-da Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin avqust fyuçersləri $0,76 (0,77%) - barrel başına $99,29-ə yüksəldi. 6 iyul ticarətin nəticələrinə görə, Brent neftinin avqust fyuçerslərinin qiyməti $0,97 (0,98%) - barrel başına $98,53-ə qədər azalıb.


Other news