“Azəri Light” nefti bahalaşdı

11:02 - 23.05.2018


23 may, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 1,42 dollar (1,78%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 81,32 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin iyul ayının fyuçersinin  qiyməti  0,22 dollar (0,30%) azalaraq  71,98 dollar/barelə təşkil etmişdir.

Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftə olan iyul fyuçerslərin qiyməti 0,37 dollar (0,46%) enərək 79,20 dollar / barelə təşkil edir.

“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi  hazırda 7,22 dollar / barelə təşkil edir.

 

Other news