Neft bahalaşır, Brent barrel başına $101,90 təşkil edir

09:35 - 18.07.2022


18 iyul, Fineko/abc.az. Netin etalon markalarının qiymətləri bazar ertəsi günü keçirilən ticarətdə artır.

London ICE Futures birjasında saat 09:16-da Brent neftinin sen fyuçersləri $0,74 (0,73%) - barrel başına $101,90-a qədər bahalaşıb. Ticarət nəticələrinə görə, iyulun 15 - də Brent neftinin sentyabr üzrə fyuçers qiyməti $2,06 (2,08%) - barrel başına $101,16-ə yüksəldi.

09:16-da Nyu-York əmtəə birjasının (NYMEX) WTI neftinin avqust fyuçersləri $0,41 (0,42%) - barrel  başına $98,00-ə yüksəldi. 15 iyul ticarətinin nəticələrinə görə, Brent neftin avqust fyuçerslərinin qiyməti $1,81 (1,89%) - barrel başına $97,59-a yüksəldi.

Ötən həftənin nəticələrinə görə, Brent 5,5%, WTI isə 6,9% ucuzlaşıb.


Other news