Neft ötən gün artdıqdan sonra ucuzlaşır, Brent barrel başına $105,86

09:35 - 19.07.2022


19 iyul, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri ötən gün  5%-dən çox artdıqdan sonra çərşənbə axşamı  ticarətdə aşağı düşür.

London ICE Futures birjasında Brent neftinin sentyabr  fyuçersləri saat 09:28-də $0,41 (0,39%) - barrel başına $105,86-da ucuzlaşıb. Ticarət nəticələrinə görə, iyulun 18 - də Brent neftinin sentyabr fyuçers qiyməti $5,11 (5,05%) - barrel başına $106,27-ə yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI  neftinin  avqust fyuçersləri saat 09:28-də $0,22 (0,21%) - barrel başına $102,38-ə düşdü. 18 iyul ticarətinin nəticələrinə görə, Brent neftin avqust fyuçerslərinin qiyməti $5,01 (5,13%) - barrel başına $102,60-a yüksəldi.

Other news