“Azər-Maya” ASC-nin əmlakı bölünəcək

10:11 - 19.07.2022


19 iyul, Fineko/abc.az. Avqustun 23-də ləğv prosesesində olan “Azər-Maya” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ şirkətə istinadən xəbər verir ki, gündəlikdə duran əsas məsələ ləğv prosesində olan “Azər-Maya” ASC-nin ləğvetmə balansınının və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq olunmasıdır.

Qeyd edək ki, ümumi yığıncaq cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq küçəsi 3105-ci məhəllədə ünvanında yerləşən ofisində baş tutacaq.

Other news