Nazirlik rəsmisindən meymunçiçəyi ilə bağlı açıqlama

16:17 - 20.07.2022


20 iyul, Fineko/abc.az. “Bu gün üçün Azərbaycanda meymunçiçəyi qeydə alınmayıb”.

ABC.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, hazırda əsas məsələ meymunçiçəyinə yoluxma olarsa, ilk faktı vaxtında aşkar etməkdir.

“Lakin bu, o demək deyil ki, olmayacaq. Nəzərə almaq lazımdır ki, xəstəliklə mübarizə aparmaq üçün ölkədə kifayət qədər qabaqcıl tədbirlər görülüb. Hazırda meymunçiçəyinin geniş yayılması deməyə əsas verir ki, bu virus mutasiya edib və ya hava-damcı yolu ilə də yoluxur”.

Other news