Cənub sərhədlərinə yaxın ərazilərdə XTQ-nin təlimi başlayıb

2 noyabr, Fineko/abc.az. Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.

Bu barədə ABC.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimin planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb.

Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib.

Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib.

Digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil edilib.

Tarix: 02 Noyabr 2022 | 14:55
Whatsapp-la göndər

Xəbərlər

26  Yanvar 2023