18 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, keçən sessiyanın nəticələrinə görə güclü düşmədən sonra cümə günü keçirilən ticarətdə artır.
London ICE Futures birjasında Brent neftinin yanvar fyuçerslərinin qiyməti saat 08:43-də $0,64 (0,71%) - bir barelə $90,42-a yüksəldi. Noyabrın 17-də keçirilən ticarətin nəticələrinə görə, bu müqavilələr $3,08 (3,32%) ucuzlaşaraq bir barelə $89,78-a çatıb.
Nyu-York əmtəə birjasının (NYDEX) elektron ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti saat 08:41- də $0,79 (0,97%) artaraq bir barelə $82,43-a çatdı. Noyabrın 17-də keçirilən ticarətin nəticələrinə görə, bu müqavilələrin qiyməti $3,95 (4,62%), bir barelə $81,64-a düşdü.