Mövqelərimiz atəşə tutuldu - Düşmən cavab atəşi ilə susduruldu

21 noyabr, Fineko/abc.az. Noyabrın 21-i saat 10:00-dan saat 14:25-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Müdafiə Nazirliyindən ABC.AZ-a bildirilib ki, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

Tarix: 21 Noyabr 2022 | 17:04
Whatsapp-la göndər

Xəbərlər

26  Yanvar 2023