Qazaxıstan BTC ilə 1,5 milyon ton neft göndərəcək - "KazMunayQaz" rəsmisi

22 noyabr, Fineko/abc.az. Qazaxıstan 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,5 milyon ton neft göndərməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə "KazMunayQaz" SC-nin İdarə Heyətinin sədrinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev brifinqdə bildirib.

 "İndi biz danışıqlar aparırıq, çünki "KazMunayQaz" və Azərbaycanın dövlət şirkəti olan “SOCAR” arasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,5 milyon ton neftin nəqli ilə bağlı 5 il müddətinə müqavilə imzalanıb.

Yalnız müəyyən etmək qalır ki, gələn ildən Qazaxıstan neft şirkətlərindən kimlər bu həcmləri nəql edəcəklər. Biz gələcəkdə həcmlərin artacağını gözləyirik, çünki bunda təkcə biz deyil, Azərbaycan da maraqlıdır”, - deyə Karabayev bildirib.

 

Tarix: 22 Noyabr 2022 | 12:43
Whatsapp-la göndər

Xəbərlər

26  Yanvar 2023