Neft ucuzlaşır, Brent bir barelə $88,22 təşkil edir

23 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri əvvəlki sessiyanın nəticələrində yüksəldikdən sonra çərşənbə günü ticarətində azalmaqdadır.

London ICE Futures birjasında Brent neftinin yanvar fyuçerslərinin dəyəri saat 9:30-da $0,14 (0,16%) azalaraq barel başına $88,22 təşkil edir. Noyabrın 22-də keçirilən ticarətin nəticələrinə görə, bu müqavilələr $0,91 (1,04%) bahalaşaraq bir barelə $88,36-a çatıb.

Saat 9:30-da Nyu-York əmtəə birjasının (NYDEX) elektron ticarətində WTI neftinin yanvar ayı üçün fyuçerslərinin qiyməti $0,08 (0,10%) - barel başına 80,87-a düşdü. Noyabrın 22-də baş tutan ticarətin nəticələrinə görə, bu müqavilələrin dəyəri $0,91 (1,14%) artaraq bir barelə $80,95-a çatıb.

 

Tarix: 23 Noyabr 2022 | 09:35
Whatsapp-la göndər

Xəbərlər

26  Yanvar 2023