Azərbaycanda mobil telefonların qiyməti bahalaşıb

23 noyabr, Fineko/abc.az. Azərbaycanda oktyabr ayında mobil telefonların qiyməti bahalaşıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, bütün qiymətlər orta ölçüdə götürülür.

Məlumata görə, oktyabr ayında 1 ədəd mobil telefonun orta qiyməti 375.49 manatdan 379.43 manata qalxıb. Beləliklə, aylıq 3.94 manat və ya 1.1% bahalaşma olub.

Ötən ilin eyni dövründə mobil telefonlarının qiyməti 287.96 manat olub. İllik müqayisədə qiymət artımı 32%-dir.

Oktyabrda mobil telefonun təmir xidmətinin orta aylıq qiyməti 93.58 manat təşkil edib ki, bu da 0.3% bahalaşma deməkdir.

Tarix: 23 Noyabr 2022 | 10:31
Whatsapp-la göndər

Xəbərlər

26  Yanvar 2023