Azərbaycanda qiymətlər Türkiyədəkindən 3 dəfə bahadı - Deputat

25 noyabr, Fineko/abc.az. Rayonlarda açılan istehsal müəssisələri subyektiv səbəblərdən fəaliyyətini dayandırır.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, rayonlardakı müəssisələrdə 10 min nəfər işçisi olan istehsal sahələrində formal olaraq 100 nəfər qalır.

Deputat ərzaq qiymətlərinin bahalaşmasından da danışıb.

O bildirib ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti 60% bahalaşıb.

“Maaşı nə qədər artırırıq artıraq, vətəndaşın yaşayışında özünü hiss etdirmir”, - deyə o əlavə edib.

Millət vəkili Azərbaycanda dərman vəsaitlərinin Türkiyə ilə müqayisədə 3 dəfə baha olduğunu da deyib.

“Kimsə mənfəət qazanır, lakin onkoloji xəstələr əziyyət çəkirlər”, - deyə Fazil Mustafa bildirib.

 

Tarix: 25 Noyabr 2022 | 15:01
Whatsapp-la göndər

Xəbərlər

26  Yanvar 2023