Bu ölkə Azərbaycandan qaz alışını azaldıb

30 noyabr, Fineko/abc.az. Türkiyə Azərbaycan qazının idxalını 4,5%-dək azaldıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Türkiyə Azərbaycandan 6 409,65 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,4% azdır.

Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) yaydığı məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Türkiyə Azərbaycandan 6 703,62 mln. kubmetr qaz idxal edib.

Məlumata görə, sentyabr ayında Türkiyə Azərbaycandan 710,48 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 3,73% azdır.

Xatırladaq ki, ötən il Türkiyə Azərbaycandan 8 820,46 mln. kubmetr qaz idxal edib, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.

Tarix: 30 Noyabr 2022 | 10:06
Whatsapp-la göndər

Xəbərlər

26  Yanvar 2023