Son 10 ayda Azərbaycan bu qədər qızıl ixrac edib

30 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 143 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 13,9% azdır.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir ki, 2021-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 166,1 mln. dollar təşkil edib.

Məlumata görə, bu ilin oktyabr ayında Azərbaycan 14,6 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 87,2% çoxdur.

Tarix: 30 Noyabr 2022 | 14:35
Whatsapp-la göndər

Xəbərlər

26  Yanvar 2023