Azərbaycanın oktyabr ayı üzrə ixracı 5,2 milyard ABŞ dolları təşkil edib

30 noyabr, Fineko/abc.az. 2022-ci ilin oktyabr ayı üzrə ixrac 5,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 269,1 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr buraxılışında öz əksini tapıb.

Qeyd edilib ki, 2022-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 73 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 17,5% artaraq 196,2 milyon ABŞ dollarına bərabər olub.

2022-ci ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (84,8 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

Bu siyahıda Türkiyə (70,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (19,8 milyon ABŞ dolları) üçüncü  olub.

2022-ci ilin oktyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (28,5 milyon ABŞ dolları) birinci, karbamid (18,3 milyon ABŞ dolları) ikinci və qızıl (14,6 milyon ABŞ dolları) üçüncü olub.

Tarix: 30 Noyabr 2022 | 16:23
Whatsapp-la göndər

Xəbərlər

26  Yanvar 2023