1 dekabr, Fineko/abc.az. Rusiyada köpüklü şərab istehsalı üzrə lider olan “Abrau-Durso” Şirkətlər Qrupu Azərbaycanda istehsal təşkil edəcək.
ABC.AZ-ın məlumatına görə, sözügedən şirkət “Şəki Şərab” zavodunda köpüklü şərabların istehsalını təşkil etməyi planlaşdırır. Bununla bağlı Bakıda təqdimatlar keçirilib.
Təqdimatda bildirilib ki, şirkət 2023-cü ildə 4 milyon şüşə istehsal etmək və ixracatda sənaye liderlərindən birinə çevrilmək niyyətindıdir.
Tədbir çərçivəsində “Abrau-Durso” Şirkətlər Qrupu, həmçinin turizm və enoqastronomiya sahəsində layihələrini təqdim edib.