Dünya Bankı Azərbaycana aqrar maliyyə məhsullarının çeşidini genişləndirməyi tövsiyə edir

11:13 - 24.05.2018


24 may, Fineko/abc.az. Dünya Bankı, Azərbaycanda aqrar biznes üçün kreditləşmənin aşağı səviyyədə olmasını hesab edir.

Dünya Bankının aqrar məsələlər üzrə mütəxəssisi Rufiz Çıraqzadənin sözlərinə görə, Azərbaycan banklarının aqrar kreditlər portfeli ölkə ÜDM-nin minimum hissəsini təşkil edir.

“Aqrar kreditlər  portfeli, bankların kredit portfelinin minimum hissəsini təşkil edir və bu kreditlərin 85-90%-i Bakıda formalaşıb. Azərbaycanda aqrar kreditləşmə, xüsusilə də fermerlərin maliyyə resurslarına çıxışı, habelə aqrar maliyyə məhsulların mövcudluğu ilə bağlı problemlər mövcuddur”, - deyə R. Çıraqzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda  aqrar kreditlərin verilməsi zamanı  tələblər həddindən artıq sərtdir.

 

Вся лента