“Yapı Kredi Bank Azərbaycan”-nın məcmu kapitalı artaraq 76.3 milyon manata çatıb

15:46 - 22.07.2022


22 iyul, Fineko/abc.az. 2022-ci ilin nəticələrinə görə hazırda “Yapı Kredi Bank Azərbaycan” QSC-nin tutulmalardan sonra məcmu kapitalı artaraq 76.3 milyon manat çatıb. Mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.

ABC.AZ Bankın açıqladığı hesabata əsasən xəbər verir ki, cari ilin ikinci rübündə I dərəcəli kapitalın  adekvatlıq əmsalı 29%, məcmu kapitalının adekvatlıq əmsalı isə 31% olmuşdur. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olmuşdur.

Qeyd edək ki, Mərkəzi Bankın tələblərinə görə məcmu kapitalın adekvatlılıq əmsalı minimum 10% olmalıdır.

 

Вся лента