Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi banklarla birgə aqrar kreditlərin istifadəsinin effektivliyinə dair monitorinq keçirəcək

12:51 - 24.05.2018


24 may, Fineko/abc.az. Azərbaycan Kənd Təsərrüfatı yanında Kənd Təsərrüfatı Proqramları və Kreditləri üzrə Dövlət Xidməti səlahiyyətli banklarla birgə verilmiş aqrar kreditlərin istifadəsinin effektivliyinə dair monitorinq keçirəcək.

Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib ki, mütəmadi olaraq xidmət, fermerlər tərəfindən kreditlərdən digər məqsədlər üçün istifadə edilməsi problemi ilə üzləşir ki, bu da problemli kreditlərin yaranmasına gətirib çıxarır.

“Bununla bağlı Dövlət Xidməti səlahiyyətli banklar ilə birgə, verilmiş aqrar kreditlərin istifadəsinin effektivliyinə dair monitorinq keçirəcək. Eyni zamanda qeyd etmək istərdim ki, biz fermerlər üçün problem yaratmaq niyyətində deyilik, sadəcə, maliyyənin təyinatı üzrə istifadə olunmasından əmin olmaq istəyirik”, - deyə Mirzə Əliyev bildirib.

 

Вся лента